Modern.az

Yaşayış minimumu qiymət artımına uyğun gəlmir

Yaşayış minimumu qiymət artımına uyğun gəlmir

17 İyun 2016, 12:33

Azərbaycan qanunvericiliyinə görə, hər bir əmək qabiliyyətli yaşında olan insan il ərzində ən azı 630.5 kq müxtəlif qida məhsulları və 150 ədəd yumurta istehlak etməlidir.

Nazirlər Kabinetinin təsdiqlədiyi minimum qida rasionunda 35.4% süd və süd məmulatlarının, 24.1% tərəvəz və kartofun, 21.7% çörək və çörək məmulatlarının, 6.5% ət və ət məmulatlarının (balıq və balıq məmulatları daxil), 6% meyvənin, 2.8% yağların (bitki və kərə), 2.7% şəkər və şirniyyatların payına düşür.
Bir sözlə, əmək qabiyyətli bir insanın öz fizioloji mövcudluğunu qoruması, iş qüvvəsini bərpa etməsi üçün tələb olunan minim qida rasionunun 99.2%-ni yuxarıda qeyd olunan 7 qida qrupuna daxil olan ərzaq məhsulları təşkil etməlidir. 

Modern.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev məsələyə dair şərh verib.

O qeyd edib ki, rəsmi statistikaya görə, son 1 ildə süd və süd məmulatlarının qiyməti 11.2%, çörək və çörək məmulatlarının qiyməti 16.2%, ət məmulatları, balıq və balıq məmulatlarının qiyməti 10%-ə yaxın, meyvə 6.2%, yağlar 25%-dən çox, şəkər və şurniyyatlar 16.5% bahalaşıb:

“Amma əmək qabiliyyətli işçi üçün 2016-cı ilin yaşayış minimumunun dəyəri 2015-ci ilə nisbətən cəmi 3% və ya 5 manat artırılıb: 2015-də 141 manat idi, bu il üçün 146 manata qaldırılıb”.

Ekspert deyib ki, hökumət maaşları artıra bilməsə də, ən azından yaşayış minimumunun dəyərini qiymət artımına uyğun müəyyən etməlidir:

“Çünki, bu "Yaşayış minimumu haqqında" Qanunun tələbidir. Həmin qanunun 2-ci maddəsinə görə, yaşayış minimumu göstəricisi yoxsullar üçün ünvanlı sosial yardım sisteminin formalaşdırılması, yoxsulluq səviyyəsinin ölçülməsi, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin müəyyənləşdirilməsi üçün əsas göstəricidir. Ona görə real qiymət artımı mütləq yaşayış minimumunun dəyərində öz əksini tapmalıdır.
Nəzərə alın ki, həmin 146 manatla təkcə ərzaq yox, kommunal xidmətlər və sosial xidmətlər (təhsil və səhiyyə) üçün haqlar da ödənməlidir, geyim və ev əşyaları, azyaşlı uşaqlar üçün məktəb ləvazimatları da alınmalıdır.

Yeri gəlmişkən, bu il əhali üçün su tarifləri də 35%-ə yaxın artılıdı. Göründüyü kimi, ən az artan qiymət 6%, ən yüksək artan 30-35%. Amma yaşayış minimunun dəyərində cəmi 3%-lik artım..”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir