Modern.az

Latviyalı nazir: “Lujkov nə üzlə burda yaşamaq istəyir?”

Latviyalı nazir: “Lujkov nə üzlə burda yaşamaq istəyir?”

Dünya

17 Yanvar 2011, 19:51

Latviyanın xarici işlər naziri Linda Murinies Moskvanın keçmiş meri Yuri Lujkovun bu ölkədə yaşamaq üçün etdiyi müraciətə münasibət bildirib. XİN başçısı bildirb ki, Lujkov çətin ki, Latviyada yaşamaq hüququ ala bilsin. Murines vurğulayıb ki, Lujkovun mer postunda olduğu zaman Latviyaya qarşı tutduğu mənfi münasibət ona bu torpaqda yaşamasına haqq vermir. Nazir qeyd edib ki, keçmiş merə yəqin ki yaşamaq hüququ verilməyəcək.

Qeyd edək ki, Moskvanın keçmiş meri Yuri Lujkov vətəndaşlıq almaq üçün Latviyanın Rusiyadakı səfirliyinə müraciət edib.

Latviyada bir neçə dəfə Lujkovu ölkəyə buraxmamaq çağırışları səslənib.

Latviyada yaşayan rusların guya hüquqlarının qorunmasının vacibliyini dilə gətriən Lujkov Latviyada mənfi qarşılanıb. Mer olduğu zaman Lujkovun Latviyanı Pol Pot rejimi zamanı Kambocaya bənzətməsi xüsusilə qəzəb doğurmuşdu. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir