Modern.az

Bakı polisi zorlama hadisələrinin hamısının üstünü açıb

Bakı polisi zorlama hadisələrinin hamısının üstünü açıb

Təhsil

17 Yanvar 2011, 20:09

Yanvarın 17-də  Bakı şəhər Baş Polis İdarəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə  2010-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Modern.az  xəbər verir ki, DİN mətbuat xidmətinin məlumatına görə, müşavirədə çıxış edən Ramil Usubov bildirib ki, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində Bakı şəhər BPİ-nin də xüsusi xidmətləri var.

Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirib ki, 2010-cu ildə Bakı şəhərində baş vermiş cinayətlərin sayı 1,6 faiz azalaraq ümumən 10.612 cinayət təşkil edib ki, onların da 86,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 13,3 faizi ağır və xüsusilə ağır cinayətlərdir.

Qabaqlayıcı-profilaktiki tədbirlərin səmərəli təşkili nəticəsində 2009-cu illə müqayisədə törədilən  ağır və xüsusilə ağır cinayətlərin sayı 7,8 faiz, o cümlədən quldurluqlar 7,7 faiz, soyğunçuluqlar 19,8 faiz, zorlamalar 6,5 dəfə, adam oğurluqları 7 dəfə, habelə şəxsi əmlak oğurluqları 1,3 faiz, dələduzluq 6,3 faiz azalıb. 2010-cu ildə icraatda olmuş cinayət işləri üzrə cinayətlərin 79 faizinin, o cümlədən onların ağır növlərinin 75,9 faizinin açılması təmin olunub, qəsdən adam öldürmələrin 97 faizi, ölümə qəsdlərin 94,7 faizi, zorlamaların və hədə-qorxu ilə tələb etmələrin hamısı, ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 94,8 faizi açılıb.
Əvvəlki illə müqayisədə qəsdən adamöldürmə cinayətlərinin açılması 12,3 faiz, qəsdən sağlamlığa xəsarət yetirmələrin açılması 5,5 faiz, dövlət və bələdiyyə əmlakı oğurluğu cinayətlərinin açılması 13,6 faiz yaxşılaşıb. Cinayətə meylli şəxslər ətrafında əməliyyat tədbirləri genişləndirilib, 96 quldurluq və soyğunçuluq törətmiş 91 nəfərdən ibarət 35 cinayətkar qrup, 38 mənzil oğurluğu törətmiş 52 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa edilib. Cinayət məsuliyyətindən yayınan təqsirləndirilən şəxslərin axtarılması da fəal surətdə davam etdirilib, axtarışda olanların 71,8 faizinin, o cümlədən ötən illərdən axtarılan 94 nəfərin tutulması təmin edilib.

Narkomaniyaya qarşı mübarizə çərçivəsində qanunsuz dövriyyədən 138 kiloqramdan artıq narkotik vasitə çıxarılıb, 56 cinayətkar qrup ifşa olunub. İctimai hüquq qaydalarının, o cümlədən yol hərəkəti qaydalarının pozulması ilə bağlı 463 minə yaxın inzibati protokol tərtib edilərək müvafiq tədbirlər görülüb. Əvvəlki illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı bütövlükdə 3,2 faiz, yaralananların sayı 8,6 faiz azalsa da, ölümlə nəticələnən hadisələrin sayı 2,6 faiz, həlak olanların sayı isə 5,9 faiz artıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir