Modern.az

Ağdaşda səs verənlər 10369 nəfərə çatdı

Ağdaşda səs verənlər 10369 nəfərə çatdı

Aktual

18 İyun 2016, 12:25

Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə saat 12:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

Modern.az-ın xəbərinə görə, bu barədə məlumatı MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov verib.

 O, bildirib ki, səsverməyə start verilən andan indiyədək həmin dairə üzrə 40 203 seçicidən 10369 nəfər (25,8%) səsvermədə iştirak edib.

Qurum rəsmisi deyib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?