Modern.az

Bakıda “Formula-1”in trasında dəyişiklik edildi - SƏBƏB

Bakıda “Formula-1”in trasında dəyişiklik edildi - SƏBƏB

Aktual

18 İyun 2016, 12:37

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Bakıda "Formula-1" yürüşlərinin ilk günündə iki sərbəst praktikanın yekunu üzrə şəhər trasında dəyişiklik edib.

Modern.az-ın xəbərinə görə, belə ki, 6-cı və 12-ci döngələrdə porebriklər götürülüb, onların yerinə rənglənmiş işarələr qoyulub.

Bundan başqa, pit-leynə girişdə işarənin yeri və uzunluğu dəyişdirilib. Pilotlar həmin işarəni görməkdə çətinlik çəkdiklərini bildirmişdilər.

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula-1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri 2 pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı