Modern.az

Bakıda “Formula-1” QƏZASI - 6 pilot toqquşdu

Bakıda “Formula-1” QƏZASI - 6 pilot toqquşdu

18 İyun 2016, 13:02

Bakıda keçirələn “Formula-1” yarışında bu gün yenidən qəza baş verib.

Modern.az-ın xəbərinə görə, GP2 seriyası üzrə birinci yarışın ilk döngəsində 6 pilot bir-birilə toqquşub. Toqquşan pilotlar yarışdan kənarlaşıblar.

Qəza səbəbindən yürüşdən kənarlaşdırılan pilotlar bunlardır:

Filo Pas Armand (“Trident”)

Marvin Kirkqover (“Karlin”)

Pyer Qasli (“Prema Racing”)

Serxio Kanamasas (“Karlin”)

Aleks Linn (DAMS)

Nikolya Latifi (DAMS) 

Xatırladaq ki, GP 2 seriyası üzrə ilk yarış 65 dəqiqə və ya 170 kilometr təşkil edir. Bu seriya üzrə birinci yarışın nəticələrinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanacaqlar.

GP2 seriyası iki yarışdan ibarətdir. GP 2 seriyası üzrə ikinci yarış isə 1 saat çəkəcək və iyunun 19-u bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 

Ağa AKİFOĞLU

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir