Modern.az

Deputatların maaşları azaldılır

Deputatların maaşları azaldılır

18 İyun 2016, 13:30

Ermənistanda qəbul edilən yeni Vergi Məcəlləsinə görə, deputatların əmək haqları aşağı düşəcək.  Modern.az Ermənistan mediasına istinadən bildirir ki, ayda 660 min dram əmək haqqı alan deputatlar bundan sonra əvvəlki 169,7 min dram əvəzinə 178,8 min dram gəlir vergisi ödəməli olacaqlar. 790 min dram əmək haqqı alan komissiya sədrləri isə 203,5 min əvəzinə 215,2 min ödəyəcəklər.

Bu o deməkdir ki, deputatların aylıq gəliri faktiki 9 min, komissiya sədrlərininki 12 min azalacaq.

Ermənistan parlamentindəki 131 deputatdan 68-i 2015-ci ildəki yeganə gəlirlərinin əmək haqqı olduğunu göstərib. Bunların 34-ü Respublikaçılar Partiyası fraksiyasının üzvləridir. Onların 12-si isə hətta gəlirləri haqda bəyannamı verməyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır