Modern.az

Formula-1”də daha bir QƏZA…

“Formula-1”də daha bir QƏZA…

Aktual

18 İyun 2016, 15:13

Bu dəqiqələrdə Bakıda davam edən “Formula-1” üzrə Avropa Qran-prisinin 3-cü, sonuncu sərbəst yürüşündə qəza baş verib.

Modern.az-ın xəbəringə görə,  qəzaya "Force İndia" komandasının pilotu Serxio Perez düşüb.

Xoşagəlməz hadisə 14-cü döngədə baş verib.

Qəzaya səbəb dönmə əməliyyatı yerinə yetirərkən Serxio Perezin yol kənarındakı baryerə çırpılması olub.

Qəza nəticəsində bolidin bütün təkərləri sıradan çıxıb.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar