Modern.az

“Formula-1”in sərbəst yürüşü başa çatdı - Hamilton qazandı

“Formula-1”in sərbəst yürüşü başa çatdı - Hamilton qazandı

Aktual

18 İyun 2016, 16:07

Bu gün Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula-1" pilotlarının sərbəst yürüşünün üçüncü, yəni sonuncu sessiyası başa çatıb.

Modern.az-ın məlumatına görə, "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton üçüncü sessiyanın yekunu üzrə ən yaxşı nəticə göstərib.

Onun nəticəsi 1:44.352-dir.

Luis Hamiltonun komanda yoldaşı Niko Rosberq ikinci (1:44.610), "Force India"nın pilotu Niko Hyulkenberq isə üçüncü (1:45.540) olub.

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula-1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar