Modern.az

Milli Məclisə təkrar seçkilər başa çatıb

Milli Məclisə təkrar seçkilər başa çatıb

18 İyun 2016, 20:02

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilər başa çatıb. Modern.az saytı xəbər verir ki, saat 08:00-da başlayan səsvermə 19:00-da yekunlaşıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin məlumatına görə, həmin dairə üzrə 40 203 seçicidən 23 292 nəfər (57, 9%) səsvermədə iştirak edib. Səsvermə zamanı qanun pozuntularının olması ilə MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov saat 20:30-da seçkilərin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək.

Onu da xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsində 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparıb. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən 557 nəfər yerli, habelə beynəlxalq təşkilatlardan olan xarici müşahidəçilər izləyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi