Modern.az

İrlandiya böyük hesabla məğlub olub

İrlandiya böyük hesabla məğlub olub

18 İyun 2016, 20:11

Fransada keçirilən futbol üzrə Avropa çempionatında günün ilk matçında Belçika və İrlandiya yığması üz-üzə gəlib. Modern.az saytı xəbər verir ki, Belçika  yığması İrlandiyanı böyük hesabla məğlub edərək, çempionatda ilk qələbəsini qazanıb.

İlk yarısı qolsuz başa çatan matçda hesabı 48-ci dəqiqədə Romelu Lukaku açıb. 61-ci dəqiqədə Aksel Vitsel fərqi artırıb. 70-ci dəqiqədə isə Lukaku özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Bu qələbə sayəsində Belçika xallarını 3-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Qrupa 6 xalla İtaliya başçılıq edir. İsveç və İrlandiya isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşürlər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir