Modern.az

Prezident Nobel sülh mükafatı laureatını qəbul edib

Prezident Nobel sülh mükafatı laureatını qəbul edib

18 İyun 2016, 20:25

Azərbaycan prezidenti İlham Əliyev Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusu qəbul edib. Modern.az saytı xəbər verir ki, M.Yunus prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişaf proseslərinin getdiyini vurğulayıb, ölkəmizdə müsbət dəyişikliklərin onda dərin təəssürat yaratdığını deyib.

 

M. Yunus Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işləri də yüksək dəyərləndirib.

 

Ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və bu müddət ərzində görülən işlərdən danışan dövlət başçısı 25 illik dövrün Azərbaycan üçün iqtisadi transformasiya dövrü olduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə, xüsusilə iqtisadi sahədə geniş miqyaslı islahatların həyata keçirildiyini vurğulayıb.

 

Son dövrlər neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış vəziyyətə toxunan dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini deyib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi