Modern.az

Bir gündə iki nəfər boğulub

Bir gündə iki nəfər boğulub

Aktual

18 İyun 2016, 20:34

Bir gündə iki nəfər boğulub.  Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Səbirabad rayonu, Suqovşan kəndi ərazisindən keçən Beton kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 20 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2000-ci il təvəllüdlü, Cəfərov Emin İlqar oğlunun cəsədi batdığı yerdən 350 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Bundan başqa Mingəçevir şəhəri ərazisindən keçən Kür çayında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1999-cü il təvəllüdlü, İsmayılov İntiqam Arif oğlunun cəsədi tapıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar