Modern.az

Millət vəkili liberiyali nazirlə görüşüb

Millət vəkili liberiyali nazirlə görüşüb

18 İyun 2016, 21:31

Millət vəkili Qənirə Paşayeva Liberiyanın Gender, Uşaq və Sosial Müdafiə naziri Julia Duncan-Casell ilə görüşüb. Modern.az saytı xəbər verir ki, millət vəkili Azərbaycanın Liberiya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artacağına inandığını və bunun vacibliyini qeyd edib.

 

Görüş zamanı Q.Paşayeva Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Liberiyanın Gender, Uşaq və Sosial Müdafiə naziri Julia Duncan-Casellə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqu və materialları, həmçinin Azərbaycan tarixi, mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən Liberiyanın Gender, Uşaq və Sosial Müdafiə naziri Julia Duncan-Casell beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb və Azərbaycanla əməkdaşlıq əlaqələrinə daha çox diqqət ayırmağa hazır olduğunu bildirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir