Modern.az

Erməni eks-nazir: “Sudandakı referendumun Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur”

Erməni eks-nazir: “Sudandakı referendumun Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur”

Təhsil

18 Yanvar 2011, 11:37

Son günlər Ermənistanda Cənubi Sudanda keçirilmiş referendumun Dağlıq Qarabağdakı separatçı rejim üçün bir əl yeri qoyması barədə iddialar yer almaqdadır. Ermənilər hesab edirlər ki, Cənubi Sudanın müstəqilliklə bağlı keçirdiyi referendum bu baxımdan qondarma rejimin işinə yarıya bilər. Amma bu iddiaları elə erməni keçmiş nazir təkzib edib.

Ermənistanın eks-xarici işlər naziri Aleksandr Arzumanyan keçirdiyi mətbuat konfransında bildirib ki, Cənubi Sudanın müstəqilik əldə etməsi BMT-nin müstəmləkə sisteminin dağlması ilə bağlı ötən əsrin 60-cı illərindən apardığı siyasətin son epizodudur.

“Bu məsələnin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə heç bir halda birbaşa əlaqəsi yoxdur”-deyən Arzumanyan qeyd edib ki, keçirilən referendum və burdan doğan  “öz müqəddəratını təyinetmə” prinsipi BMT-nin müsətmləkə sisteminin dağıdılması anlamına gəlir.

Eks-nazir bildirib ki, Qarabağla bağlı vasitəçilik səylərində Helsinki Yekun Aktının müddəları tətbiq edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir