Modern.az

Ukrayna millisinin baş məşqçisi istefaya gedir

Ukrayna millisinin baş məşqçisi istefaya gedir

19 İyun 2016, 12:33

 

Ukrayna milli komandasının baş məşqçisi Mixail Fomenko Fransada keçirilən futbol üzrə Avropa çempionatı başa çatandan sonra postundan gedəcək.

 

Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, 67 yaşlı mütəxəssis  oyunçulara da Avropa çempionatının qrup mərhələsində Polşa ilə görüşün onun üçün millilərin baş məşqçisi kimi sonuncu olacağını elan edib.

 

Mixail Fomenko Ukrayna millisinə 2012-ci ilin dekabr ayından rəhbərlik edir və komandanı Avropa çempionatının final mərhələsinə çıxarıb.

 

Fransada keçirilən çempionatda Ukrayna millisi Almaniya və Şimali İrlandiya komandalarına hər iki oyunda 2:0 hesabı ilə məğlub olub. Bu səbəbdən Ukraynanın pley-off mərhələsinə çıxmaq şansı qalmayıb. Ukraynalılar son oyunu iyunun 21-də Marseldə Polşa millisinə qarşı keçirəcəklər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir