Modern.az

Alman-Azərbaycan Mədəniyyət Evi “erməni  soyqrımı” qətnaməsinin təşəbbüskarını məhkəməyə verir

Alman-Azərbaycan Mədəniyyət Evi “erməni  soyqrımı” qətnaməsinin təşəbbüskarını məhkəməyə verir

19 İyun 2016, 15:01

Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru  Rəşad Quliyev  Almaniya Parlamentində (Bundestag) qəbul edilən qondarma “erməni  soyqrımı” qətnaməsinin təşəbbüskarı olan Yaşıllar Partiyasının həmsədri Cem Özdemiri məhkəməyə verəcək.

 

Bu barədə Modern.az-a Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru  Rəşad Quliyev özü məlumat verib.

O, bildirib ki, Almaniyada fəaliyyət göstərən bir sıra  hüquq mərkəzləri  ilə məsləhətləşmə apardıqdan sonra C. Özdemiri məhkəməyə verməyi qəarar alıblar.
 

R. Quliyev bildirib ki, C. Özdemir Alman cəmiyyətinə yalan məlumat verdiyi, digər dövlətin daxili işlərinə qarışaraq milli zəmində münaqişə yaratmaq istədiyi, tarixi təhrif edib erməni yalanını “soyqrım” olaraq qəbul etdirdiyi, terroru müdafiə etdiyi üçün  qanun qarşısında cavab verməlidir. C. Özdəmirdən üzr istəməsi, 5 avro təzminat ödəməsi tələb olunacaq. 

 

Xatırladaq bu yaxınlarda Almaniya Parlamenti qondarma “erməni  soyqrımı” qətnaməsi Yaşıllar Partiyasının təşəbbüsü idi.  Partiyanın lideri Cem Özdemir miliyyətcə Türkiyədə milli azlıqlardan olan çərkəz etnik qrupuna aiddir. Bu Cem Özdemirin Türkiyəyə qarşı ilk addımı deyil. O, Türkiyədə PKK terrror təşkilatının siyasi uzantısı olan HDP-nin Almaniyada keçirilən konqresində də Türkiyəyə qarşı bir sıra ittihamlar səsləndirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı