Modern.az

Prezident və xanımı qaliblərə mükafat təqdim ediblər - FOTOLAR

Prezident və xanımı qaliblərə mükafat təqdim ediblər - FOTOLAR

19 İyun 2016, 20:02

Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran-prisinin qalibləri mükafatlandırılıblar. Modern.az saytı xəbər verir ki, mükafatçılara kubokları ölkə başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Avtomobil İdmanı Federasiyasının prezidenti Anar Ələkbərov və Gənclər və İdman Naziri Azad Rəhimov təqdim ediblər.

 

Qeyd edək ki, Avropa Qran-prisinin qalibi “Mercedes” komandasından Niko Rosberq olub. 1 saat 32 dəqiqə 52 saniyə davam edən yarışın qalibi 8 mərhələdən sonra lider olan Rosberq dövrəni ən tez, 1:48,942 dəqiqəyə qət edib. İkinci yeri ”Ferrari” komandasından Sebastian Fettel ( 1:48, 921) tutub. İlk üçlüyü isə "Force İndia"dan Serxio Peres qapayıb. Onun nəticəsi 1:48,269 dəqiqə olub. S. Peresin cəriməsi olduğu üçün o, 3-cü olub.

Formula-1 Avropa Qan-prisində ilk 18 yerin sahibi olan pilotlar aşağıdakılardır:

 

1. Niko Rosberq (Mercedes)

2. Sebastian Fettel (Ferrari)

3. Serxio Peres (Force İndia)

4. Kimi Raykonnen (Ferrari)

5. Luis Hamilton (Mercedes)

6. Valtteri Bottas (Williams)

7. Daniel Rikkardo (Red Bull Racing)

8. Maks Ferstappen (Toro Rosso)

9. Niko Hulkenberq (Force İndia)

10. Felipe Massa (Williams)

11. Censon Batton (McLaren)

12. Felipe Nasr (Sauber)

13. Roman Qrojan (Haas)

14. Kevin Maqnussen (Renualt)

15. Colion Palmer (Renault)

16. Estaban Qutyerres (Haas)

17. Markus Erikson (Sauber)

18. Rio Haryanto (Manor)

Modern.az AzVision.az-ın mükafatlandırma mərasimindən çəkdiyi fotoları təqdim edir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi