Modern.az

Oğuzda baş verən qəzada 2 nəfər həyatını itirib

Oğuzda baş verən qəzada 2 nəfər həyatını itirib

19 İyun 2016, 20:47

Oğuzda baş verən ağır yol qəzasında həyatını itirənlərin sayı 2 nəfərə çatıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, koma vəziyyətdə xəstəxanaya gətirilən 1961-ci il təvəllüdlü Bənövşə Nəriman qızı Əsgərova həyatını itirib.

Qeyd edək ki, bu gün saat 14:00 radələrində, Qaraməryəm-İsmayıllı-Şəki magistiral avtomobil yolunun 104-cü kilometrliyində, Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.   Oğuz rayonu Kərimli kənd sakini, 1939-cu il təvəllüdlü Namiq Zahid oğlu Həmidzadə idarə etdiyi “VAZ 21011” markalı, “48 BA 676” dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü N. Həmidzadə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Koma vəziyyətində olan B. Əsgərova isə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı