Modern.az

Prezident Beynəlxalq Avtomobil Federasiyasının rəhbərini qəbul edib

Prezident Beynəlxalq Avtomobil Federasiyasının rəhbərini qəbul edib

Aktual

19 İyun 2016, 21:22

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib. Modern.az saytı xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Bakıda Formula-1 yarışının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

O, tədbirin önəmini yüksək qiymətləndirərək bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını bildirib.

 

Formula-1 yarışının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı tədbirin beynəlxalq əməkdaşlığa töhfəsini verdiyini bildirib. Prezident İlham Əliyev yarışın Azərbaycana gələn turistlərin ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğulayıb.

 

Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!