Modern.az

“Sovetski”də 3750 ev sökülməlidir”

“Sovetski”də 3750 ev sökülməlidir”

Aktual

19 İyun 2016, 23:30

“Bakının "Sovetski" adlandırılan məhəlləsində layihəyə əsasən 3750 ev sökülməlidir”. Modern.az saytı xəbər verir ki, bunu ANS telekanalına açıqlamasında Baş nazirin müavini Abid Şərifov bildirib.

 

Onun sözlərinə görə, 3478 evin vəsaiti artıq ödənilib və sökülüb: "Sökülən, lakin dəyəri ödənilməyən obyektlərin sayı 15-dir. Bu, sənədləşmə problemi ilə əlaqədardır. Kompensasiyası ödənilməli və sökülməli olan təqribən 250 obyekt qalır".

 

A.Şərifov, həmçinin tarixi abidələrin sökülməsinə dair məsələyə aydınlıq gətirib: "Azərbaycanda qəbul olunmuş qaydalara uyğun olaraq, bu abidələr rəyə əsasən siyahıdan çıxarılıb. Yalnız Nazirlər Kabinetinin qərarında bir obyekt ev kimi gedirdi. Bu, qədim hamamdır və artıq siyahıdan cıxarılıb".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar