Modern.az

Sarkisyan Putinlə GÖRÜŞDÜ

Sarkisyan Putinlə GÖRÜŞDÜ

20 İyun 2016, 16:24

Ermənistan prezidenti Serj Sarkisyan Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sarksiyan Qarabağda təmas xəttində baş verən insidentlərin araşdırılması üçün effektiv mexanizmin yaradılmasının vacib olduğunu deyib.

 

“Qarabağla bağlı mövqeyimiz bəllidir. İstəyirik ki, münaqişə yalnız sülh yolu ilə həll olunsun. Və sizə (red-Putin) həmsədr ölkələrdən birinin rəhbəri kimi münaqişənin həlli üçün göstərdiyiniz anlayış və səylərə görə təşəkkür edirəm”.

Sarkisyan danışıqların irəliləməsində maraqlı olduqlarını deyib.

 

“Əldə olunmuş razılaşmaların implementasiyası, yəni insidentlərin araşdırılması üçün mexanizmlərin yaradılması barədə razılıq əldə etsəydik çox şad olardıq”.

Rusiya prezidenti Sarkisyanın təkliflərini müzakirə etməyə hazır olduğunu bəyan edib.

 

Bundan sonra, tərəflər bağlı görüş keçirməyə yollanıblar.

 

Yaxın saatlarda Putinlə İlham Əliyevin də təkbətək görüşünün başlanacağı gözlənilir.

 

Vüqar İsmayılov

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir