Modern.az

Azərbaycan klublarının AvroLiqadakı RƏQİBLƏRİ

Azərbaycan klublarının AvroLiqadakı RƏQİBLƏRİ

Aktual

20 İyun 2016, 17:31

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümü üçün püşkatma mərasimi keçirilib. Avroliqanın ilk təsnifat mərhələsində 96 klub mübarizəyə başlayacaq. Daha yüksək reytinqli 18 komanda isə ikinci təsnifat mərhələsindən yarışa qoşulacaq.

AvroLiqa püşkatmasında Azərbaycan klublarının rəqibləri də məlum olub.

Bakının “Neftçi” komandası Maltanın “Balzan” klubu, “Qəbələ” isə Gürcüstanın “Samtredia” komandası ilə üz-üzə gələcək. Gəncənin “Kəpəz” komandası isə Moldovanın “Daçia” klubu ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının ilk mərhələsinin oyunları iyunun 30-da və iyulun 7-də, ikinci təsnifat mərhələsinin görüşləri isə iyulun 14-də və 21-də keçiriləcək.

Avropa Liqasının final görüşü gələn il mayın 24-də İsveçin Solna şəhərində keçiriləcək.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!