Modern.az

“Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir”

“Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir”

20 İyun 2016, 20:03

"Azərbaycan tərəfi Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müsbət qiymətləndirir". Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O qeyd edib ki, görüş konstruktiv şəkildə keçirilib: “Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?