Modern.az

Naxçıvanda geniş miqyaslı hərbi təlim keçirilib

Naxçıvanda geniş miqyaslı hərbi təlim keçirilib

Aktual

20 İyun 2016, 21:24

Bu gün Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib. Modern.az saytı xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hərbi təlimi izləyib. Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin sədrinə raport verib. Təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Qüvvə və vasitələrə ərazinin xarakterinə uyğun olaraq hədəf şəraiti yaradılıb. Təlimin keçirilməsi qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və döyüş uzlaşmasının səviyyəsinin artırılması məqsədi daşıyıb. Təlim 3 mərhələdə həyata keçirilib.  Birinci mərhələdə müdafiə əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və əks-zərbə hazırlığının başa çatdırılması, ikinci mərhələdə əks-zərbənin endirilməsi, düşmən bölmələrinin məhv edilməsi və itirilmiş ərazilərin bərpası, üçüncü mərhələdə isə hücumun inkişaf etdirilməsi, düşmənin müdafiə dərinliyində əlverişli sahələrin ələ keçirilməsi və nəzarətdə saxlanılması tapşırıqları icra olunub.

K. Mustafayev təlim zamanı qarşıya qoyulan məqsədlərə tam nail olunduğunu və Əlahiddə Ümumqoşun Ordunun bundan sonra da istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib. Əlahiddə Ümumqoşun Ordu komandanı muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib. Ali Məclisin sədri V. Talıbov təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb. Bütün şəxsi heyətə Ali Məclisin Sədri adından təşəkkür elan olunub.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!