Modern.az

Xorvatiya parlamenti buraxıldı

Xorvatiya parlamenti buraxıldı

20 İyun 2016, 22:02

İyunun 20-də Xorvatiya parlamenti özünün buraxılmasına səs verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu qərarın lehinə 151 deputatdan 137-si səs verib.

Spiker  Jelko Rayner deyib ki, parlamentin qərarı iyulun 15-dən qüvvəyə minməlidir. Bundan sonra 60 gün müddətində yeni parlament seçkiləri keçirilməlidir. Seçkinin sentyabrın əvvəlində baş tutacağı gözlənilir.

Iyunun 16-da Xorvatiya parlamenti yarım ildən az hakimiyyətdə olan ölkənin baş naziri Tixomir Oreşkoviçi istefaya yollayıb. Bir gün əvvəl isə korrupsiya ittihamına görə, baş nazirin birinci müavini Tomislav Karamarko istefa verib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir