Modern.az

Almaniyada böyük burun müsabiqəsi keçirilib

Almaniyada böyük burun müsabiqəsi keçirilib

Aktual

20 İyun 2016, 22:34

Almaniyanın Lanqenburk şəhərində ən böyük burun müsabiqəsi baş tutub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hər 5 ildən bir keçirilən çempionata Avropanın müxtəlif ölkələrindən iştirakçılar gəlir.

Budəfəki yarışda qalib artıq ikinci dəfə Hans Royst olub. Onun burnunun parametrləri məlum deyil, amma tədbirin aparıcısı kişinin iybilmə orqanını “düzgün kartof” adlandırıb.

Lanqenburq burun klubu çempionatı 1961-ci ildən təşkil edir. Yarışda bütün arzu edənlər iştirak edə bilərlər. Birinci mərhələdə hakimlər burunları ölçməklə ən perspektivli müsabiqəçini müəyyənləşdirirlər. Qalib isə kimin burnunun başqalarından daha enli və uzun olması ilə  müəyyən edilir.

Qeyd edilir ki, ölçülməzdən əvvəl iştirakçılar öz burunlarını böyük etməyə cəhd göstərirlər. Məsələn, avstriyalı Qermann Maçtinqer məxsusi tütün iyləməklə qələbəyə şansının artdığına inanır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır