Modern.az

ABŞ-da neft buruğunda partlayış: 1 ölü, 3 yaralı

ABŞ-da neft buruğunda partlayış: 1 ölü, 3 yaralı

Aktual

21 İyun 2016, 00:46

ABŞ-ın Şimali Dakota ştatında neft buruqlarının birində partlayış baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, insident Uotford-siti şəhəri yaxınlığında qeydə alınıb.

Nəticədə, 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 52 yaşlı Vayominq ştatı sakini aldığı yaralardan hospitalda vəfat edib. Hadisənin təfərrüatları və partlayışın səbəbləri açıqlanmır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir