Modern.az

İlham Əliyev Nardaran pirində - FOTOLAR

İlham Əliyev Nardaran pirində - FOTOLAR

21 İyun 2016, 13:58

Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına Sabunçu rayonu ərazisində həyata keçirilən yol-tikinti işləri barədə məlumat verib.

Azərbaycan Prezidentinə hazırda inşası davam etdirilən Ramana-Maştağa avtomobil yolu ilə bağlı da məlumat verilib.

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı yeni yolda avtomobil idarə edib.

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsindəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə də tanış olub.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir