Modern.az

BDU beynəlxlaq reytinqdə yer tutub

BDU beynəlxlaq reytinqdə yer tutub

21 İyun 2016, 15:17

Bakı Dövlət Universiteti dünya universtitetlərinin reytinqini müəyyənləşdirən təşkilatların siyahısında yer tutub. Belə ki, “QS World University Rankings 2015/2016” reytinqində 701+ yerdə qərarlaşan universitet, “QS Quacquarelli Symonds LTD” təşkilatının reytinqində 88-ci yeri tutub.

“QS World University Rankings 2015/2016” reytinqinin tərtib olunmasında bir neçə meyar – akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınıb.

İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu universitetlərinin reytinqini müəyyənləşdirən “QS Quacquarelli Symonds LTD” təşkilatı isə sorğunu regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparıb və qeyd etdiyimiz kimi Bakı Dövlət Universiteti reytinqdə 88-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Bakı Dövlət Universiteti artıq bir neçə ildir ki, bu təşkilatların reytinq siyahısında yer tutur.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır