Modern.az

Füzulidə partlamamış tank mərmisi zərərsizləşdirilib

Füzulidə partlamamış tank mərmisi zərərsizləşdirilib

21 İyun 2016, 18:04

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Mili Agentlik (ANAMA) 21 iyunda Agentlik tərəfindən Füzuli və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

 

Hesabatda bildirilib ki, bu gün ərzində 1 ferma, 3 əkin sahəsi, 7 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 10 600 kv. m ərazi təmizlənib.

 

Tərtər rayonu Cəmilli kəndində 1 fermada 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb.

 

Cəmi: 1 ferma, 4 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilmiş, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb.

 

Füzuli rayonu Horadiz kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 2 600 kv.m ərazi yoxlanılıb.

 

Cəmi: 3 əkin sahəsi, 3 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 2 600 kv.m ərazi yoxlanılıb.

 

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 21 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 23 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 542 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir