Modern.az

İki körpəsi ölən ata danışıb-VİDEO

İki körpəsi ölən ata danışıb-VİDEO

Aktual

21 İyun 2016, 21:34

Salyan doğum evində üçəm körpələrindən ikisini itirən ata Toğrul Fərəcov uşaqlarının işığın kəsilməsi nəticəsində oksigensiz qalaraq ölməsini inkar edənləri yalan məlumat verməkdə günahlandırıb. Modern.az saytı anspress-ə istinadən bildirir ki, Toğrul Fərəcov  uşaqların gecə saat 4-ə qədər sağ olduğunu eyd edib.

"Yalan sözdür! Saat 04:00 qədər mən xəstəxanada olmuşam. Sonra evə getmişəm. 5-ə işləmiş mənə zəng vurdular ki, uşaqlar ölüb. Körpələr 4 saat işıqsız qalıblar", - deyə üçəmlərin atası bildirib.

 

İki qardaşı ölən körpə atası və Salyan rayon xəstəxanasının tibb bacısı ilə Bakıya gətirilib. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev sağ qalan körpənin vəziyyətinin ağır olduğunu bildirib.

 

“Uşağı ilkin olaraq ekstremal az kütləli, hədsiz ağır vəziyyət, morfofunksional yetişməzlik diaqnozu ilə reanimasiyaya yerləşdirmişik. Uşağın çəkisi normadan həddindən çox aşağıdır. Onun çəkisinin 1 kiloqram olduğu deyilir. Körpələr vaxtından əvvəl doğulub. Hamiləlik müddətindən 10 həftə çatışmır", - deyə həkim Nəsib Quliyev söyləyib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir