Modern.az

SOCAR-da qəza: 1 nəfər ölüb

SOCAR-da qəza: 1 nəfər ölüb

21 İyun 2016, 21:47

İyunun 20-də Kompleks Qazma İşləri Trestinin 1 saylı anbar təsərrüfatı ərazisində avtokran vasitəsi ilə boruların yerdəyişməsi zamanı texniki kəmər açılıb, dağılan borulardan biri takelajçı, 1956-cı il təvəllüdlü Şahacanov Vladimir Fərhad oğlunun kürəyinə düşərək ona xəsarət yetirib.

Modern.az saytı SOCAR-ın saytına istinadən bildirir ki, zərərçəkmiş dərhal təcili yardım maşını ilə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb, lakin həkimlərin səyinə baxmayaraq V.Şahacanovun həyatını xilas etmək mümkün olmayıb. Baş verən hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır