Modern.az

Ramil Usubov Türkiyənin ordu generalı ilə görüşüb

Ramil Usubov Türkiyənin ordu generalı ilə görüşüb

18 Yanvar 2011, 17:04

Yanvarın 18-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı cənab Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə iki ölkə arasındakı mövcud işgüzar əlaqələr, eləcə də 1997-ci il 31 oktyabr tarixli hökumətlərarası Protokola uyğun olaraq görülən işlər xatırlanıb.

Nazir Ramil Usubov Türkiyə Jandarm Qüvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına daha müsbət təsir göstərəcəyinə, iki qardaş dövlətin müvafiq qurumlarının əməkdaşlığının potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.  

Müvafiq qurumlar arasındakı faydalı iş birliyini yüksək qiymətləndirdiyini bildirən Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Necdət Özəl, Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikrini xatırladaraq, ordumuzun, Daxili Qoşunlarımızın inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib.  

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç, daxili işlər nazirinin müavinləri Vilayət Eyvazov, Əsgər Ələkbərov, Zakir Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə