Modern.az

“Sığorta ödənişləri 2 dəfə artıb”          

“Sığorta ödənişləri 2 dəfə artıb”          

23 İyun 2016, 11:17

“Son 6 ildə sığorta yığımları 3 dəfə, ödənişlər isə 2 dəfə artıb. Sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli işlər görülüb.

Modern.az saytı xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib.

 

O deyib ki, bu gün əhalini ən çox narahat edən sahələrdən biri sığorta sahəsidir.


“Ölkədə sığorta bazarının inkişafı üçün müvafiq işlər görülməkdədir. Bundan başqa dünya iqtisadiyyatında baş verən proseslər ölkəmizin sığorta bazarına da mənfi təsir edib. Sığorta xidmətlərinə tələbat azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatası cəmi 3 aydır ki, fəaliyyət göstərir. Palatanın məqsədi sığorta sənayesinin yeni situasiyaya çox qısa müddətdə uyğunlaşması və dayanıqlığının artırılmasıdır. Biz sığorta şirkətlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması istiqamətində çalışırıq”.


Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır