Modern.az

“Rusiyanın səyləri ilə…”

“Rusiyanın səyləri ilə…”

Aktual

23 İyun 2016, 11:43

 

Hər birimizin ən böyük və ən ülvi arzusu, başlıca məqsədi ümummilli dərdimiz olan Qarabağ probleminin nəhayət, çox yaxın zamanlarda sülh və və danışıqlar yoluyla ədalətli həllini tapmasıdır.

 

Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov dilə gətirib.

 

Onun sözlərinə görə, münaqişə başlayandan, xüsusilə, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, o cümlədən, ölkə Prezidenti İlham Əliyevin 13 illik hakimiyyəti dövründə də məhz bu varianta-problemin sülh və danışıqlar yolu ilə həlli variantına üstünlük verilib.

 

“İşğala, təcavüzə, haqsızlığa məruz qalan ölkə olsaq da, qarşı-işğalçı tərəfdən fərqli olaraq hər zaman da sülhpərvərlik mövqeyindən çıxış edilib” - deyən komitə sədri bildirib ki, lakin Azərbaycanın bu xoşməramlı, sülpərvər mövqeyi təcazükar Ermənistan dövləti və rəhbərliyi tərəfindən düzgün qiymətləndirilməyib, münaqişənin həllində daim qeyri-konstruktivlik nümayiş etdirilib, stastus-kvonun dəyişilməməsi, qorunub-saxlanılması mövqeyindən çıxış edilib, eyni zamanda, münaqişəsinin həllində vasitəçilik missiyasını öz  üzərinə götürən ATƏT-in Mİnsk qrupu və onun həmsədrlər institutu da ötən 24 il ərzində istənilən fəaliyyəti ortaya qoymayıb, yaxud, qoymaq istəməyib:

 

“Əksər hallarda isə hətta,vasitəçilik missiyasına daban-dabana zidd mövqedən çıxış edilib, təcavüzkara, işğalçıya təzyiq-təsir göstərmək, onun yerində oturtmaq əvəzinə, Azərbaycanı güzəştə getməyə məcbur etməyə cəhd göstərilib, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmayıb.

 

Onların bu mövqeyi də haqlı olaraq zaman-zaman Azərbaycan prezidenti, ölkə rəhbərliyi, bütövlükdə ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb,  sərt tənqid olunub. Hətta, zaman-zaman bu formatın ləğvi, vasitəçilik missiyasının dayandırılması məsələsi də gündəmə gəlib. 

 

Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti yenə də münaqişənin qansız-qadasız, sülh və danışıqlar yolu ilə həlli variantını üstün tutub, hər zaman sülh, danışıqlar limitinin tükənmədiyinə ümidini itirmədiyini ortaya qoyub”. 

 

E.İbrahimovun dediyinə görə, artıq dünya da bunu qəbul və etiraf etmək məcburiyyətindədir ki, Azərbaycanın bu cür xoşməramlı, sülhpərvər mövqeyi qarşılığında Ermənistanın və onun havadarlarının qeyri-konstruktiv mövqeyi üzündən münaqişə ədalətli həllini tapa bilmir. 

 

“Ancaq yuxarıda da dediyim kimi,  Azərbaycan bütün hallarda səbr, praqmatizm, humanizm nümayiş etdirərək münaqişənin sülhlə həllində israr edir, buna çalışır və bu siyasət də artıq öz nəticələrini vermək ərəfəsindədir. Belə ki, bir müddət öncə Avstriyanın paytaxtı Vyanada keçirilən görüşdə artıq beynəlxalq birliyin, həmsədr dövlətlərin Ermənistanın şıltaqlığına və cığallığına dözümü qalmadığı özünü nümayiş etdirdi.

 

 Bu günlərdə isə  Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutan ikitərəfli və üçtərəfli görüşdə də münaqişənin danışıqlar yolu ilə həlinə doğru istiqmətlənmiş mövqenin, siyasi iradənin olduğu, buna cəhd göstərildiyi üzə çıxmış oldu. 

 

Yəni, artıq hadisələrin gedişatı onu deməyə əsas verir ki,  ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə də, Rusiya, prezident Vladimir Putin  münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər.  Sevindirici bir məqam da odur ki, artıq münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı  əsas prinsip kimi götürülüb. Ermənistan da bunu qəbul etmək, anlamaq, hesaba almaq məcburiyyətindədir.

 

Çünki Ermənistanın bunu qəbul etməkdən,  konsrtiktiv mövqeyə gəlməkdən, münaqişənin həllində illərdən bəri nümayiş etdirilən - yumşaq şəkildə desək, cığallığı bir tərəfə qoyub praqmatik mövedən çıxış etməkdən başqa yolu qalmır. Aprel əməliyyatları və ondan sonra yaşananlar Ermənistana acı, ibrət dərsi oldu və olmalıdır. Onlar nəhayət, anlayır və anlamaq məcburiyyətindədirlər ki, artıq nə beynəlxalq birliyin, nə də 28 ildir açılar yaşayan Azərbaycan xalqının səbri qalıb. 

 

Odur ki, Ermənistan ya yenidən müharibə variantına getməli, bu isə onlar üçün bütövlükdə və birdəfəlik məhv deməkdir, ya da, münaqişənin həllində konstriktivlik nümayiş etdirməlidir. Onların başqa yolu yoxdur, gec-tez konstruktiv mövqeyə gəlmək, münaqişənin ədalətli həlinə razılıq vermək məcburiyyətindədirlər. Qeyd etdiyim kimi də artıq Sank-Peterburq görüşündən sonra da bunun ilkin işartıları görünməkdədir.

 

Hesab edirəm və inanmaq istəyirəm ki, nəhayət gözləntilərimiz baş tutacaq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, xüsusilə də, Rusiyanın ciddi səyləri nəticəsində Ermənistanı təcavüzkarlıq, qeyri-konstruktivlik mövqeyindən çəkindirmək və sülhə razı salmaq mümkün olacaq. Yəni, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin apardığı səbrli, prqamatik, düşünülmüş siyasət öz müsbəıt nəticəsini verəcək” – deyə, E.İbrahimov daha sonra sözlərinə əlavə edib.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!