Modern.az

“1 dollar 1,80 manata qədər bahalaşacaq”

“1 dollar 1,80 manata qədər bahalaşacaq”

23 İyun 2016, 12:02

Azərbaycan Mərkəzi Bankı son bir neçə gündə mütəmadi olaraq milli valyutanı ucuzlaşdırır.

Ekspertlər növbəti - üçüncü devalvasiyanın baş verə biləcəyi proqnozunu istisna etmirlər.

Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına manatın nöbvbəti dəfə ucuzlaşa biləcəyi barədəki proqnozları təsdiqləyib. O bidirib ki,  hazırda manatın taleyilə bağlı problemlər var:

“Bu da hamıya məlum olduğu kimi, neftin qiyməti, idxal-ixrac əməliyyatlarındakı geriləmələrlə əlaqədardır.

İxracın miqdarı və bu sahədən gələn gəlirlər o qədər yüksək deyil. Doğrudur, bu barədə müəyyən işlər gedir. Amma ümumi proses manatın məzənnəsinə öz təsirlərini göstərir, təzyiqlərini davam etdirir”.

V.Əhmədov Mərkəzi Bankın son günlər manatın məzənnəsilə bağlı verdiyi qərarları haqlı sayıb:

“Mən son günlər Mərkəzi Bankın seçdiyi yolu düzgün hesab edirəm. Yumşaq devalvasiya etməklə manatı real qiymətinə çatdırmaq lazımdır.

Hesab edirəm ki, proses ilin axırına kimi davam edəcək. Mənim subyektiv fikrimdir ki, bu belə də olmalı, manat öz real qiymətini almalıdır. Çünki, manatı qoruyub saxlamaqla heç nəyə nail ola bilmərik.

Manatın məzənnəsinin qorunub saxlanması əlavə xərcdir, hansı ki, onu real sektora yönəldə bilərik. Manatın ucuzlaşması labüddür və qarşısının alınması da mümkün deyil. Mənim proqnozlarıma görə, ilin sonuna qədər 1 dollar 1,80 manatadək bahalaşacaq. Bu qaçılmazdır”.

 

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub