Modern.az

Azərbaycanın Rio-de-Janeyro olimpiadasındakı bayraqdarı AÇIQLANDI

Azərbaycanın Rio-de-Janeyro olimpiadasındakı bayraqdarı AÇIQLANDI

23 İyun 2016, 12:07

Azərbaycan milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı boksçu Teymur Məmmədov ola bilər.

 

Modern.az-ın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. 

 

Nazir söyləyib ki, T.Məmmədovun bayraqdar olması bu gün Bakıdakı Dünya Təsnifat Turnirində 1/4 final döyüşündən qalib ayrılaraq, olimpiadaya lisenziya qazanacağı halda rəsmiləşəcək:

 

"Əgər Teymur Məmmədov olimpiadaya lisenziya qazanmasa bayraqdarın kim olması ilə bağlı yekun qərarı Milli Olimpiya Komitəsi verəcək".

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir