Modern.az

“Rio Olimpiadası”nda 60-dan çox idmançımız iştirak edəcək

“Rio Olimpiadası”nda 60-dan çox idmançımız iştirak edəcək

23 İyun 2016, 12:11

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın 60-dan çox idmançısının iştirakı gözlənilir.

Modern.az-ın xəbərinə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. 

Nazir deyib ki, "Rio-2016"ya 2012-ci il London olimpiadası ilə müqayisədə daha çox idmançı yollanacaq:

 "Ən əsası, hər olimpiadada olduğu kimi, bu dəfə də yeni növlərdə lisenziyalar qazanılıb. Triatlon, trek velosipedi, kanoe-slalom kimi növləri qeyd edərdim. Bizi sevindirən hal odur ki, yeni növlər inkişaf etdirilir".

Azad Rəhimovyeni medal ümidi kimi kayakçı və kanoeçilərə, eləcə də triatlonçu Rostislav Pevtsova yanaşdıqlarını deyib:

 "Kayak və kanoedə mübarizə sprinter məsafəsində olur. Burada idmançıdan çox şey asılıdır, bəxt amili də rol oynayır. Ola bilsin, medal qazandıq. Triatlonçu Pevtsov isə çox maraqlı idmançıdır.

Ondan "Bakı 2015" I Avropa Oyunlarında yüksək nailiyyət gözləmirdik. Özü hazırlıq mərhələsində olsa da, bürünc medal qazandı. Olimpiada elə bir yarışdır ki, orada sürprizlər çox olur". 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər