Modern.az

Tramp Klintonu “dünya səviyyəli yalançı” adlandırdı

Tramp Klintonu “dünya səviyyəli yalançı” adlandırdı

23 İyun 2016, 12:15

ABŞ prezidentliyinə namizəd Donald Tramp Demokrat həmkarı Hillari Klintonu “dünya səviyyəli yalançı” adlandırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp qadın rəqibini korrupsiya və oğurluqda ittiham edib.

“Klinton şəxsi qazancını və oğurluq hallarını usta səviyyəsinə çatdırıb”.

 

Respublikaçı namizədin fikrincə, Hillari Klinton Dövlət katibi postunda olarkən 21,6 milyon dollar vəsait mənimsəyib.

 

Bundan başqa, o, Liviyada xaosun yaranmasını, İŞİD-in nüfuzunun artmasını və s. qarşısını ala bilməyib.

 

Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı