Modern.az

Gilas yığmaq istədi, ÖLDÜ

Gilas yığmaq istədi, ÖLDÜ

23 İyun 2016, 12:27

Daxili İşlər Nazirliyinin 22 iyun tarxinə açıqladığı məlumatlara görə, Bakıda və Xaçmazda təsadüf nəticəsində ölüm halları qeydi alınıb.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisələrdən biri iyunun 20-də Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Tofiq Məmmədov pilləkəndən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş T.Məmmədov iyunun 22-də orada ölüb.

Digər bədbəxt hadisə isə iyunun 17-də Xaçmaz rayonunun Qoçaqlı kəndində baş verib. Kənddə yaşayan Xalidə Süleymanova həyətində gilas yığarkən ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş X.Süleymanova iyunun 22-də orada ölüb.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub