Modern.az

Azərbaycanda iqtisadi islahatların istiqamətləri AÇIQLANDI

 Azərbaycanda iqtisadi islahatların istiqamətləri AÇIQLANDI

Aktual

23 İyun 2016, 13:38

Azərbaycanda iqtisadi islahatlar artıq qeyri-neft sektorunun hesabına ölkənin əvvəlki rifahının bərpa edilməsinə istiqamətlənib.

 

Modern.az saytının məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, iqtisadi islahatlar, əsasən, dörd istiqaməti əhatə edir:

"Bütövlükdə iqtisadi islahatlar və dəyişikliklər 4 istiqaməti əhatə edir. Birincisi, dayanıqlı makroiqtisadi mühitin yaradılması üzərində çalışırıq.

 

İkinci istiqamət biznesin tranzaksiya xərclərinin azaldılması ilə məqbul səviyyəyə çatdırılacaq işgüzar mühitin formalaşdırılmasıdır.

 

Üçüncü istiqamət sərmayə və maliyyə xidmətlərinə geniş çıxışın təmin edilməsidir.

 

Dördüncü istiqamət isə çevik və effektiv hüquqi islahatın formalaşdırılmasıdır. Bu islahatların məqsədi qanunun aliliyi, bütövlükdə hüquq institutlarının effektiv fəaliyyətinə nail olunmasıdır".

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı