2016-cı ilin ilk yarısında Rusiyanın neft-qaz nəhəngi “Lukoyl” Hollandiya, Lüksemburq və Belçikada yanacaqdoldurma məntəqələri alıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Lukoyl”un vitse-prezidenti Vladimir Nekrasov məlumat verib.
Onun sözlərinə görə, şirkət öz səhmlərinin optimallaşdırılması üçün Baltikyanı ölkələrdə və Polşadakı yanacaqdoldurma məntəqələrini satıb.
Şirkətin Azərbaycanəsilli sahibi Vahid Ələkbərov isə son illər şirkətin əsas diqqətini neft-qaz yataqlarının çıxarılmasına və geoloji kəşfiyyata sərf edəcəyini bildirib.
Vüqar İsmayılov