Modern.az

Baş nazirin xanımından Fatih Terimin qızı və Arda Turanın anasına zəng

Baş nazirin xanımından Fatih Terimin qızı və Arda Turanın anasına zəng

23 İyun 2016, 22:16

Baş nazir Binəli Yıldırımın xanımı Semiha Yıldırımın Türkiyə millisinin baş məşqçisi Fatih Terim AÇ-2016-da İspaniyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra onun təhqir olunan qızı Buse Terimlə telefon danışığı olub. Modern.az saytı xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, Semiha Yıldırım Buse Terimə baş verən hadisəyə görə çox kədərləndiyini söyləyib.

O, 6 aylıq hamilə olan Terimə özünün və körpəsinin sağlığını düşünməli olduğunu, bu cür yazılara fikir verməməyi məsləhət görüb.

 

Baş nazirin xanımı, həmçinin Türkiyə-İspaniya matçında azarkeşlər tərəfindən dəfələrlə etirazla üzləşən Türkiyə millisinin kapitanı Arda Turanın anası Yüksəl Turanla da telefon vasitəsilə əlaqə saxlayaraq onu təsəlli edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər