Modern.az

Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazandıq

Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazandıq

23 İyun 2016, 23:11

Azərbaycan Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, ölkəmizin aktivinə 54-cü vəsiqəni boksçu Teymur Məmmədov yazdırıb.

81 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız bu hüquqa Bakıda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yiyələnib. Rioda bayraqdarımız olmağa yeganə namizəd paytaxtımızdakı turnirdə yarımfinala yüksəlməklə Braziliyaya bileti sifariş verib.

Bununla, boks üzrə kişilərdən ibarət millimizin Rioya lisenziya sayı 8-ə çatıb.

Qeyd edək ki, Şahsuvalıdan öncə Olqa Senyuk (kamandan oxatma), Rostislav Pevtsov (triatlon) Səbinə Mikina (qılıncoynatma, sablya), Olqa İsmayılova, Yelena Pavluxina, Maksim Averin (hər üçü velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko, Petro Paxnyuk (hər ikisi idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq), Məhəmmədrəsul Məcidov (hamısı boks, +91 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Mircəlal Həsənzadə (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (75 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) və Ruslan Lunyov (güllə atıcılığı) Olimpiadada iştirak hüququ qazanıb.

 

Onlardan əlavə, 6 cüdoçumuz da Rioya yollanacaq. Bu komandamızın heyətində Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məhəmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokaurinin (+100 kq) yer alacağı dəqiqdi. 60 kq və 100 kq çəki dərəcələrinin hərəsində isə 2 idmançımız bu hüquqa yiyələnib. Onlardan Olimpiadaya hansının yollanmasına baş məşqçi qərar verəcək. Bütün cüdoçuların adlarının iyunun sonu, iyulun əvvəlində açıqlanacağı gözlənilir. Çünki Beynəlxalq Cüdo Federasiyası hələlik yekun reytinqi və Rioya yollanacaq idmançıların siyahısını dərc etməyib.

 

Bu idmançılarla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz də 3 vəsiqəyə sahib olub. Onların 1 lisenziyası dopinq qalmaqalına görə geri alınıb. Həmçinin Boyanka Kostovaya “wild card” verilməsi gözlənilsə də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qadınlardan ibarət yığmamızın olmayan 1 vəsiqəsini də ləğv edib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir