Modern.az

Türkiyədə növbəti terror: 1 ölü

Türkiyədə növbəti terror: 1 ölü

23 İyun 2016, 23:24

Türkiyənin Mardin vilayətində terror hadisəsi baş verib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terrorçuları jandarm idarəsinin binası önündə içinə bomba yerləşdirilmiş avtomobili qoyaraq qaçıblar.

Terrorçuların uzaqdan idarə olunan bombanı partlatmaları nəticəsində partlayış ərazisindən keçən yük avtomobilinin sürücüsü ağır yaralanıb. Daha 2 əsgər isə yüngül xəsarət alıb.

Yük avtomobilinin sürücüsü Ömərli Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Terror aktını törətmiş PKK silahlılarının zərərsizləşdirilməsi məqsədilə hazırda xüsusi əməliyyat keçirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi