Modern.az

Qardaş içki məclisindən sonra qardaşını bıçaqlayıb

Qardaş içki məclisindən sonra qardaşını bıçaqlayıb

24 İyun 2016, 00:46

Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, rayon sakini 39 yaşlı İlqar Qulam oğlu Abbasovla qardaşı Etibar arasında yeyib-içmək məclisi zamanı mübahisə düşüb. Qardaşlar mübahisəni küçədə davam etdiriblər. Qohumları onları sakitləşdirərək aralayıblar. Bir qədər sonra qardaşlar arasında yenidən mübahisə düşüb. Bu zaman Etibar cibindən çıxardığı bıçaqla İlqarın ayağına zərbə endirib. Yaralı İlqar Abbasovu qohumları xəstəxanaya çatdırıblar. Yaralı dərhal əməliyyata götürülüb. İlqar Abbasovun həyatını həkimlər xilas edə biliblər.

 

Qardaşını bıçaqlayan Etibar Abbasov könüllü olaraq 12-ci polis bölməsinə gələrək təslim olub.

 

Faktla əlaqədar cinayət işi başlanıb araşdırmalar davam edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?