Modern.az

Sarkisyanın müavini döyüldü

Sarkisyanın müavini döyüldü

24 İyun 2016, 09:46

Belçikada naməlum şəxslər Ermənistanın hakim Respublika partiyasının sədr müavini,  sabiq elm və təhsil naziri Armen Aşotyana hücum edərək döyüblər.

 

Modern.az Ermənistan  KİV-nə istinadən xəbər verir ki,  Aşotyan bu barədə o öz facebook səhifəsində yazıb.

 

"Bax, indi yaza bilərəm. Belçikanın Lyoven şəhərində olduğum son gecə, mehmanxananın girişində mənə hücum etdilər. Belçika polisi bu işi nəzarətə götürüb, təhqiqat aparır”.

 

Onun sözlərinə görə, yaxınlarının narahat olmaması üçün bu barədə Ermənistana qayıdana qədər heç kimə məlumat verməyib.

“Mən  daha ciddi fiziki xəsarət almaqdan qurtuldum. Özüm də axırıncı cərrahi əməliyyatdan sonra qoltuq ağacından istifadə edir və güclə gəzirdim”, - deyə Aşotyan bildirib.

 

Qeyd edək ki, Ermənistanın hakim Respublika Partiyasının sədri prezident Serj Sarkisyandır.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir