Modern.az

"Lənət şeytana! Avropa üçün pis gündür" - Avropa rəsmiləri TƏLAŞDA

"Lənət şeytana! Avropa üçün pis gündür" - Avropa rəsmiləri TƏLAŞDA

Aktual

24 İyun 2016, 10:21

ATƏT-in sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Böyük Britaniyanın Avropa İttifaqından çıxmamasını  Avropa və Böyük Britaniya üçün kədərli adlandırıb.

Modern.az-ın xəbərinə görə, bu barədə BBC məlumat yayıb.

"Böyük Britaniyanın bu qərarını Avropa və Böyük Britaniya üçün kədərli gün hesab edirəm"-deyə Frank Volter Ştenmayer bildirib.

Almaniya kanslerinin müavini Ziqmar Qabriel isə Ttwitter səhifəsində  "Lənət şeytana! Avropa üçün pis gündür",-yazaraq Böyük Britaniyanın bu qərarından təəssüfləndiyini deyib.

Referendumun nəticələrini şərh edən Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubb deyib:  "Lütfən, mənə yatdığımı və pis yuxu gördüyümü deyin!".

Xatırladaq ki, referndumun nəticələrinə görə, seciçilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faizi isə qalmasına səs verib.

 

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu