Modern.az

Yerevanda ölən qadının skeleti tapıldı

Yerevanda ölən qadının skeleti tapıldı

24 İyun 2016, 10:30

Yerevanın Arabkir rayonundakı mənzillərin birində 76 yaşlı qadının skeleti tapılıb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, hadisə yerinə gələnlər dəhşətli mənzərənin şahidi olublar.

 

Ehtimal edilir ki, yaşlı qadın ilyraım əvvəl ölüb. İveta Sarkisyan müxtəlif ali məktəblərdə rus dilli müəllimi, sonrakı illərdə isə kitabxanaçı işləyib.

 

Məlumatda qeyd edilir ki, qadının qohum-əqrabası olmayıb. Onun yalnız bir ögey bacısı olub, o da bir neçə il əvvəl ölüb. Həmin qadının uzun illərdir Rusiyada yaşayan oğlu Ermənistana qayıdıb. O, xalasının bağının bərbad vəziyyətdə olduğunu görüb qapını döysə də qadın səs verməyib. Kişi yubanmadan Fövqəladə Hallar Xidmətinə xəbər verib.

 

Həmin xidmətin əməkdaşları xüsusi texnika ilə qapını sındırıb içəri girəndə skeletdən başqa, siçan və kəsəyənlərin dolaşdığını görüblər.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir